Ölüm qəflətən gəlir. Bu, yaxınlar üçün ən ağır sınaqdır. Əgər faciə evdən və ya tarixi vətəndən uzaqda baş veribsə, onda onda mərhumun yaxınları onu, dostların və tanışların vidalaşa bildiyi ölkəyə və şəhərə köçürməlidir.

Bir çox ölkədə belə bir ənənə var – cənazəni Doğma Torpaqda dəfn etmək. Bu o deməkdir ki, mərhumu, başqa ölkədə daim yaşasa belə, Vətənə göndərmək lazımdır. Belə hallar üçün təyyarə lazımdır, axı cənazəni uzun müddət ərzində aparmaq olmaz.

Yük 200

Xüsusi hava gəmisi hər iki halda – həm xəstənin, həm də  xəstə deyil, onun cənazəsinin bir şəhərdən digərinə nəql etməsi tələb olunduğu halda eyni dərəcədə vacibdir. Mərhmun dəfn yerinə hava ilə çatdırılmasında istifadə edilən kodlaşdırılmış işarə mövcuddur, bu növ göndərmə “yük 200” adlanır.

 

Kiçik məsafəyə daşınma avtomobildə həyata keçirilə bilər, amma söhbət başqa ölkəyə çatdırılma haqqında gedirsə, təyyarə tələb olunur. AVIAV TM (Cofrance SARL) şirkəti cənazəni uzaq məsafəyə göndərməyə kömək edəcək. Bu müxtəlif yollarla mümkündür:

  • xüsusi yük təyyarəsində,
  • adi sərnişin təyyarəsinin baqaj bölməsində,
  • в арендованном частном или медицинском самолете, icarəyə götürülmüş özəl və ya tibbi təyyarədə,
  • bir neçə nəqliyyat növü ilə (təyyarə + vertolyot) birləşdirilmiş çatdırılma.

Əgər siz çətin vəziyyətə düşübsünüzsə, qaynar xətt üzrə AVIAV TM (Cofrance SARL) şirkətinə müraciət edin və ya bu saytda sorğunu qoyun. Siz bütün suallara cavab, kömək və dəstək alacaqsınız.

Hava daşınması necə baş verir

  1. Çox zaman mərhumun cənazəsinin Vətənə göndərilməsi üçün yük 200 hava daşınması tələb olunur. Müxtəlif lazımi instansiyalara veriləcək sənədlər AVIAV TM (Cofrance SARL) əməkdaşları tərəfindən yığıl
  1. Mərhumu mumiyalamaq, sink tabutu, mərhumun dininə uyğun olaraq dəfn geyimi, atributlar əldə etmək lazım olacaq. Tabut lehimlənir, bu əgər içəridə kül olan urna olsa da həyata keçirilir.
  1. Sonra cənazə hava limanına aparılır. Əgər söhbət adi aviareys haqqında gedirsə, onda gedişdən 6 saat əvvəl gəlmək lazım olacaq. Əgər təyyarə sərnişin təyyarəsidirsə, mərhumun yaxınları həmin reyslə uçmalıdır. Hava limanına gəldikdən sonra yük terminalında tabutu almaq üçün ən azı iki-üç saat gözləmək lazım olacaq.
  1. Cənazənin çatdırılması üçün xüsusi bir təyyarə icarəsi daha yaxşı və daha rahatdı Bu, başqa bir ölkədən xəstə daşıyan hava gəmisi və ya tabut üçün yeri olan adi biznes cet ola bilər.  Bu halda, təyyarənin yola düşmə anından etibarən cənazəni alınması anına qədər ən çox üç saat keçəcək.
  1. Hava limanında sənədlərin bütün paketi diqqətlə yoxlanır. Gəlmə məntəqəsində alındıqdan sonra cənazə mikroavtobusa və ya xüsusi dəfn avtomobilinə köçürürülür, və sonra da həmin nəqliyyat vasitəsilə son məntəqəyə – yaxınlarlarının mərhumla vidalaşa biləcəyi evə və ya ayin zalına və etiqad etdiyi dinin qaydalarına uyğun olaraq dəfn ediləcəyi yerə kimi aparılır.

Hansı variantı seçdiyinizdən asılı olmayaraq AVIAV TM (Cofrance SARL) hava daşınmasının təşkil edilməsində sizə kömək göstərəcək.

Hansı sənədlər tələb olunur?

Xaricə daşınmalar zamanı aşağıdakılar lazımdır:

  • gömrük bəyannaməsi,
  • yük 200 üçün nəqliyyat fakturası,
  • lehimləmə və əlavələrin olmaması haqqında arayış,
  • sanitariya-epidemioloji xidmətindən arayış,
  • mumiyalama haqqında arayış,
  • konsulluqdan və ya səfirlikdən aparmaq üçün icazə (əgər tələb olunursa).

AVIAV TM (Cofrance SARL) nə ilə kömək edəcək

  1. Rusiya, ABŞ, Çin, Fransa və ya Əlcəzairdən yük 200 hava daşınması həmişə çətinliklərlə bağlıdır, və bu çətinliklər əsasən sənədlərin düzgün tərtib edilməsi ilə əlaqədardır. AVIAV TM (Cofrance SARL) şirkətində bürokratik prosedurları öz üzərinə götürəcək təcrübəli hüquqşünaslar işləyir.
  1. Biz bütün dünyada çalışırıq və cənazələri dəfn etmək üçün müxtəlif ölkələrə nəql etmişik, buna görə nə cür hərəkət etmək qaydasını yaxşı bilirik və prosesi ən qısa müddətə qədər qısaltırıq. Dəhşətli xəbərin alınmasından cəmi bir neçə saat keçəcək, bütün sənədlər isə hazır olacaq və uçuş “açar təhvil” təşkil ediləcək.
  1. Bu məsələdə hər şeydən vacib olan operativlikdir. Həmçinin cənazənin saxlanma və çatdırılma şərtlərinə ciddi riayət etmək tələb olunur ki, aeroportda çətinliklər və artıq suallar yaranmasın. Mərhumun qohumları belə biliklərə malik deyillər və belə çətin anda rəsmiyyətlər haqqında düşünmək iqtidarında deyillər, buna görə çatdırılmanın bütün təşkilatını AVIAV TM (Cofrance SARL) mütəxəssislərinə tapşırmaq lazımdır.
  1. Onlara yaxın insanı təlaşsız və ləyaqətlə son səfərə yola salmaq imkanı veriləcək. Şəxsi təyyarədə ailəlikçə, yad adamlar olmadan uçmaq, mərhum haqqında danışmaq, ədəb-ərkana riayət etmə haqqında düşünmədən kədərlənmək, mərhumun həyatının əhəmiyyətli və təsirli anlarını yada salmaq olar.

Şirkətimizdən xidmət kompleksi

  • Mərhumun cənazəsini dini etiqadına uyğun olaraq dəfnə hazırlamaq,
  • lazımi geyimləri, dəfn üçün ləvazimatlar almaq,
  • sink tabutun lehimləməsini etmək,
  • sənədlər paketini hazırlamaq,
  • cənazəni ayin avtomobilində təyyarəyə qədər çatdırmaq,
  • gömrük prosedurlarını keçmək,
  • cənazənin təyyarəyə yükləməsinə nəzarət etmək,
  • qarşılayan, yola salan, hər şeyi izah edən mütəxəssislərin müşayiətini təşkil etmək,
  • lehimli sink qutunu açmaq və utulizasiyasını həyata keçirmək,
  • müşayiət edənlər üçün viza və sığortaları təşkil etmək,
  • zəruri olduqda qohumlar üçün mehmanxana və yemək təşkil etmək,
  • təyinat yerində dəfn prosesini təşkil etməyə kömək etmək,
  • başqa əlaqədar məsələləri həll etmək.

Cənazənin hava daşınmasını necə sifariş etmək

Biz anlayırıq ki, çətin vəziyyətdə qohumlar üçün danışmaq və nəyəsə təşəbbüs etmək asan deyil.

Sadəcə saytda öz əlaqə məlumatınızı göstərin.

Sizə zəng edib nə etməniz barədə məlumat verəcəklər. Biz bütün nüanslara diqqət yetirəcəyik. Zəruri hallarda psixoloqdan kömək alacaqsınız.

Uçuşların ərazisi

AVIAV TM (Cofrance SARL) şirkəti dünyanın 117 ölkəsində nümayəndəliyə malikdir: bu Avropa və Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Okeaniya dövlətləridir. Təşkilatçılar üçün yük 200 hava daşınması Moskvadan, Tokiodan, Torontodan və ya Dakardan həyata keçirilməsinin əhəmiyyəti yoxdur.

Biz aviareysi istənilən marşrut üzrə təşkil edirik, hətta çətinliklə gedilə bilən nöqtələrə və kiçik yaşayış yerlərinə. Zəruri hallarda vertolyotları və avtomobilləri cəlb edirik. AVIAV TM (Cofrance SARL) – beynəlmiləl komandadır, bizim üçün heç bir dil maneəsi və sərhədlərin keçməsi ilə əlaqədar çətinliklər mövcud deyil. Bizim sərəncamımızda bütün hədəflər üçün 100 mindən çox təyyarə var, buna görə biz hər zaman kömək etməyə hazırıq.

 

Hava daşınmalarının qiyməti

Yük 200 hava daşınmasının qiymətini AVIAV TM (Cofrance SARL) ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz. Qiymət fərdi olaraq hesablanır və aşağıdakılardan asılıdır:

  • marşrut,
  • çatdırılma tipi,
  • hava gəmisinin tipi,
  • müşayiətedici xidmətlərin sifarişi,
  • müşayiət edən şəxslərin sayları,
  • mümkün çətinliklərin yaranması və aradan qaldırılması

Hətta mərhumun cənazəsinin çatdırılması zamanı aviasiya hakimiyyəti qanunvericiliyin bütün nüanslarına riayət etməyə məcburdur. Buna görə mübahisəli halların yaranması ən uyğun olmayan anda baş verir. Xoşagəlməz hadisələrdən qaçmaq üçün bütün rəsmiyyətləri və yük 200-ün özünu mütəxəssislərə tapşırmağa dəyər. Hava daşınmasının qiyməti ilk müraciət zamanı AVIAV TM (Cofrance SARL) meneceri tərəfindən göstəriləcək.

Bizə niyə etibar etmək olar

  • AVIAV TM (Cofrance SARL) 10 ildən artıqdır ki işgüzar aviasiya sahəsində işləyir.
  • Biz 745 aviaşirkətlə əməkdaşlıq edirik və hava gəmilərinin 100 min modeli olan baza ilə əlaqəmiz var.
  • Yük 200-ün hava daşınması ilə 10 il boyunca məşğul oluruq.
  • Ştatımızda olan aviasiya və gömrük hüquqşünaslarımız lazımi rəsmiyyətləri həll etməyə kömək edəcəklər.
  • Reyslərə əlavə qiymət qoymuruq – bu broker şirkətidir.
  • Müşayiətedici xidmətləri endirilmiş qiymətlərlə veririk.
  • Bunlara zəmanət veririk:
    •  operativlik,
    •  maliyyə hesabatları,
    •  qohumlara nəzakətli münasibət,
    •  cənazəyə hörmətlə yanaşma,
    •  ciddi məxfiliyi.
  • Çatdırılmanın bütün mərhələlərini öz üzərimizə götürürük.
  • Başqasının dərdinə anlayışla yanaşırıq.
  • Psixoloq yardımı təşkil edirik.

Saytımızda sifarişi yerləşdirin və ya qaynar xəttlə AVIAV TM (Cofrance SARL) şirkətinə müraciət edin.  Biz suallara cavab verəcək və çətin vəziyyətdə kömək edəcəyik.